Qalin İvanov "Xəzər Lənkəran"dan ayrıldı | |
"Xəzər Lənkəran" klubunun bolqarıstanlı futbolçusu Qalin İvanov komandadan ayrılıb. 26 yaşlı futbolçu Lənkəran təmsilçisi ilə müqaviləsini ləğv edib. "Klubun yerinə yetirilməyən şərtləri səbəbindən "Xəzər Lənkəran"la müqaviləmi ləğv etdim" - deyə Q.İvanov bildirib. Qeyd edək ki, Q.İvanovun "Xəzər Lənkəran"da olan maliyyə problemləri səbəbindən komandadan ayrıldığı iddia edilir. |
|
Xəbər 1163 dəfə oxundu. |
|
|