Tahir Gözəl UEFA-da | |
Ağdamın "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti ilə bu gün görüşəcək. Bu barədə "Report"a klubun direktoru Əmrah Çəlikəl məlumat verib. Onun sözlərinə görə, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 17:00-da başlanacaq görüşdə Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda İtaliya "İnter"i ilə keçirilən matça aid heç bir qərar qəbul olunmayacaq. Ə.Çəlikəl vitse-prezidentin İsveçrəyə, sadəcə, UEFA rəsmiləri ilə görüş təyin etmək üçün getdiyini bildirib. Qeyd edək ki, "İnter" komandası ilə matçda hakim haqsızlığı ilə əlaqədar "Qarabağ" UEFA-ya şikayət edib. Avropa futbol qurumunda müraciətə gələn il fevralın 5-də baxılacaq. |
|
Xəbər 798 dəfə oxundu. |
|
|