"Beşiktaş" və "Trabzonspor" növbəti mərhələdə | |
Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulub. Keçiriləcək 24 oyundan sonra 1/16 finala yüksələcək komandaarın adı bəlli olub. Türkiyə klublarından “Beşiktaş” doğma meydanda “Tottenhem”i qəbul edib. Hər iki komanda “pley-off”a vəsiqəni təmin etdiyindən bu oyun formal xarakter daşıyıb. Lakin rəqibinə 1:0 hesabı ilə qalib gələn "qara qartal" qrup mərhələsini lider başa vurub. “Trabzonspor” isə səfərdə “Legiya”nın qonağı olub. Oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. |
|
Xəbər 846 dəfə oxundu. |
|
|