"Qarabağ" - "İnter" matçına bilet qalmadı | |
Avropa Liqasının qrup mərhələsində bu gün Bakıda keçiriləcək "Qarabağ" - "İnter" matçına maraq böyükdür. Oyunun başlamasına bir neçə saat qalmasına baxmayaraq artıq satışa çıxarılan 30 min 900 biletin hamısı azarkeşlər tərəfindən alınıb. Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "İnter" matçı saat 21:00-da başlayacaq. |
|
Xəbər 844 dəfə oxundu. |
|
|