Hakimlər də məşq keçəcək

Yanvarın 15-dən 29-dək Türkiyənin Antalya şəhərində hakimlərin təlim-məşq toplanışı keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, toplanışa qatılacaq hakimlərin siyahısı açıqlanıb. AFFA Hakimlər Kosmitəsi qardaş ölkəyə 18 baş hakim aparmaq qərarına. Yan xətt hakimlərinin sayı isə 20 nəfərdi. Bundan başqa toplanışın gedişində FİFA təlimatçısı Aleksey Spirin seminara qatılacaq.
Komitə çempionatlara təyinat alan qadın referi və yan xətt hakimlərindən cəmi ikisini Türkiyəyə aparacaq. Belə ki, Səbayel Qurbanov və Ülviyyə Mustafayeva toplanışda iştirak edəcək. Qalan qadın hakimlər isə ölkəni tərk etməyəcək.
Gözlənilidyi kimi Hakimlər Komitəsi Premyer Liqada fit çalan FİFA referilərindən 4-nü Türkiyəyə aparmamaq gəlib. Elnur Mudarov, Ramil Diniyev və Ceyhun Haşımov yol verdikləri səhflərə görə, Vüsal Əliyev isə dabanından əməliyyata hazırlaşdığına görə Bakıda qalıb.
Qeyd edək ki, referilərə Antalyada Xaqani Məmmədovla Namiq Quliyev dərs keçəcək.

Müəllim heyəti: Xaqani Məmmədov, Namiq Quliyev.

Hakimlər: Fariz Yusifov, Elçin Məmmədov, Anar Salmanov, Rövşən Əhmədov, Hacıəli Ağayev, Əliyar Ağayev, Rəhim Həsənov, Elvin Əsgərov, Fuad Həsənov, Orxan Məmmədov, İnqilab Məmmədov, Ramil Əhmədov, Alik Yunusov, Xəlil Hüseynli, Səbayel Qurbanova, Fərid Məmmədov, Namiq Bəkirov, Nail Nəcəfov.

Hakim köməkçiləri: Azər Əsgərov, İlham Əliyev, Elman Musayev, Vaqif Musayev, Mehman Mahmudov, Mübariz Haşımov, Yaşar Abbasov, Coşqun Həsənov, Zeynal Zeynalov, Elşən Acalov, Knyaz Əmiraslanov, Rza Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Nahid Əliyev, İsgəndər Əliyev, Ruslan Quliyev, Munis Abdullayev, Ülviyyə Mustafayeva, Ramiz Əsədov.

Xəbər 1041 dəfə oxundu.