Marina Durunda İtaliya Çempionatında ən yaxşı nəticəni göstərdi
Azərbaycan gimnastı Marina Durunda ənənəvi klublararası A1 İtaliya Çempionatının əsas mərhələsində iştirak edib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, gimnastımızın çıxış etdiyi Kietinin “Armoniya di Abrutso” klubu yenidən ikinci olub.

Gimnastımızın topla hərəkətlərdə 17.550 xal qazanması günün ən yaxşı nəticəsi oldu və həmçinin İtaliya klubunun ümumi nəticəsinə böyük töhfə verdi. Nəticədə “Armoniya di Abrutso” 95.800 xal topladı.

Bu həftəsonu Azərbaycanın qadın və kişi idman gimnastikası üzrə yığma komandası Almaniyanın Ştutqart şəhərində komanda yarışlarında iştirak ediblər. Qadın idman gimnastikamızı Marina Nekrasova, Mariya Smirnova və Kristina Pravdina təmsil edirdi.Təsnifat mərhələsində 4 hərəkətin nəticəsinə əsasən, qızlarımız 96.900 xal toplayaraq, finalın 1 addımlığında qərarlaşdılar. Kişi komandamızı təmsil edən Petro Paxnyuk və Oleq Stepko isə 6 hərəkətin nəticəsində 165.650 xal toplayaraq, 9-cu yerdə qərarlaşdılar.

Xəbər 908 dəfə oxundu.