Droqba tarixə keçdi | |
Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Çelsi"nin qalib gəldiyi "Şalke" ilə oyun (3:0) komandanın hücumçusu Didye Droqba üçün əlamətdar olub. "Şalke" ilə səfər matçının 76-cı dəqiqəsində fərqlənən 36 yaşlı futbolçu Çempionlar Liqasında 44-cü qolunu vurub. Bununla da Fil Dişi Sahili yığmasının üzvü avrokuboklarda vurduğu qolların sayını 50-yə yüksəldib. Droqba avrokuboklarda 50 qol vuran ilk afrikalı futbolçu kimi tarixə düşüb. Qeyd edək ki, Çempionlar Liqasında 44 qol vuran Droqba "Marsel"in heyətində 6 dəfə də avroliqa oyunlarında fərqlənib. |
|
Xəbər 873 dəfə oxundu. |
|
|