Vıstropova ¼ finalda!
Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir. Bu gün rinqə çıxan 3 boksçumuzdan yalnız biri qələbə qazanıb. Avropa çempionu Yelena Vıstropova (69 kq) Taypey nümayəndəsi Çhen Çhia-Çunu məğlub edib. Bu Vıstropovanın dünya çempionatında ikinci qələbəsi olub. Milli komandamızın üzvü ¼ finalda amerikalı Daniella Volfla qarşılaşacaq.

75 kq çəki dərəcəsində çıxış edən Leyla Cavadova isə Avstraliya təmsilçisi Françes Key Skotla döyüşdən məğlub ayrılıb.

Aynur Rzayeva da (81+kq) dünya çempionatında ilk görüşdə rəqibinə uduzub. Həmyerlimiz rusiyalı Zemfira Maqomedaliyeva ilə qarşılaşmanı sonadək davam etdirə bilməyib.

Sabah boksçularımızdan Anna Əlimərdanova (54 kq) irlandiyalı Mikaela Volşla, Yana Alekseyeva (60 kq) isə ukraynalı Yuliya Tsiplakova ilə qarşılaşacaq.

Xəbər 941 dəfə oxundu.