“Zirvə”nin Azərbaycan yarışlarında yenidən rekord sayda ağır atlet iştirak etdi
“Zirvə” İdman Klubunun Azərbaycandakı klub-filiallarının yarışları başa çatdı. 5-12 noyabr tarixləri arasında keçirilən bu yarışlar “Zirve İnternational Sport Clubs”-ın Final mərhələsi yarışının 2-ci seçmə mərhələsi xarakteri daşıyırdı. Bu dəfə yarışlarda əvvəlkindən daha çox ağır atlet çıxış edib. Belə ki, Neftçalada “Neftçala-Zirvə”nin 85, Lənkəranda “Lənkəran-Zirvə” və “Lerik-Zirvə”nin 235, Samuxda “Samux-Zirvə”, “Qazax-Zirvə”, “Goranboy-Zirvə”, “Şəki-Zirvə”nin 85, Xırdalanda isə “Xırdalan-Zirvə”, “Masazır-Zirvə”, “Sumqayıt-Zirvə”, “Qobustan-Zirvə”, “Şamaxı-Zirvə” və “İsmayıllı-Zirvə”nin 135 idmançısı körpücük üzərinə qalxıb.

Müxtəlif yığmalarımızın heyətində olan idmançılar nəticələrini də əlavə etsək, Azərbaycanda ümumilikdə 550-dən çox atlet “Zirvə”nin yarışına qatılıb. Bu, ötən yarışlarda azı 50 nəfər çoxdur. Mütəxəssislər həm say, həm də nəticə baxımından keyfiyyət artımının olmasını qeyd edirlər.
Təşkilatçılıqda da irəliləyişlərə nail olmuşuq. Budəfəki yarışlara 7 Respublika və Beynəlxalq dərəcəli hakim xidmət edib, bütün protokol qaydalarına yüksək səviyyədə riayət edilib.

Yarışların foto və nəticələrini yaxın zamanda sizə təqdim edəcəyik.

Xəbər 968 dəfə oxundu.