“Azəryol” Çempionlar Liqasına qələbə ilə başladı | |
![]() Müstəqil Azərbaycanın ən köklü klubu olan “Azəryol”, tarixində 10-cu dəfə adı çəkilən yarışda mübarizəyə qoşulub. Rəqib, Fransa “Nant”ıdır. «B» qrupunun bu görüşü Voleybol Mərkəzində saat 18:00-da başlayıb. İlk setdə “xallı bəbirlər” üstün oynasa da, növbəti hissədə qərbi avropalılar fərqləniblər. 3-cü bölməyə Aleksandr Çervyakovun komandası yaxşı başlasa da, cona yaxın “Nant” ardıcıl 7 top qazanaraq, vəziyyəti xeyrinə dəyişib. 4-cü torda “Azəryol” hesabı bərabərləşdirib. Gərgin keçən tay-brekdə ölkə çempionatının gümüş mükafatçısı qalib gəlib - 3:2 (25:17, 18:25, 18:25, 25:16, 20:18) |
|
Xəbər 1070 dəfə oxundu. |
|
|