Şvaynştayger üçün il erkən başa çatdı | |
Almaniya millisinin və "Bavariya" klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayger zədəsi səbəbindən ilin sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə klubun direktoru Karl-Haynz Rummenige açıqlamasında deyib. "Şvaynştayger ilin sonuna qədər yaşıl meydanlara qayıda bilməyəcək. O, komanda ilə məşqlərə dekabr ayında başlayacaq" - deyə klub rəsmisi bildirib. Qeyd edək ki, son dünya çempionatının qalibi avqust ayında keçirilən yoldaşlıq görüşündə topuğundan zədələnib. |
|
Xəbər 864 dəfə oxundu. |
|
|