İdman mütəxəssislərinə fəxri adlar verildi | |
Dekabrın 27-də Gənclər və İdman Nazirliyində 2011-ci ilin yekunlarına əsasən, idman xadimlərinin mükafatlandırılmasına həsr olunmuş mərasim keçirilib. Tədbirə toplaşanları gənclər və idman naziri Azad Rəhimovun adından yeni il və dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik edən nazir müavini İsmayıl İsmayılov başa vurduğumuz ilin idman uğurları baxımından ölkəmiz üçün əlamətdar olduğunu bildirdi. Nazir müavini qeyd etdi ki, əgər ötən il idmançılarımız 675 dəfə Azərbaycan bayrağını yüksəklərə qaldırmışdılarsa, 2011-ci ildə idmançılarımız beynəlxalq yarışlarda 705 medal qazanıblar. Bunun da 276-sı olimpiya idman növlərinin payına düşür. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş idman qayğı ənənəsini bu gün prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirən İ.İsmayılov başa çatmaqda olan ilin maddi-texniki bazanın möhkəmləndirilməsi, nüfuzlu beynəlxalq yarışların ölkəmizdə təşkili sahəsində də yaddaqalan olduğunu qeyd etdi. Bu il Azərbaycan 42 mötəbər beynəlxalq yarışa ev sahibliyi edib. 4 olimpiya idman kompleksi istifadəyə verilib. Ardınca Gənclər və İdman Nazirliyi Kollegiyasının 23 dekabr tarixli qərarı ilə fəxri adlara layiq görülən idman mütəxəssislərindən və idmançılardan 13 nəfərə “Fəxri bədən tərbiyəsi və idman işçisi”, 17 nəfərə “Əməkdar məşqçi”, 4 nəfərə isə “Əməkdar idman ustası” vəsiqələri təqdim edildi. Fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görülmüş Şalı Həsənov təltif edilənlər adından çıxış edərək bildirdi ki, idman nailiyyətlərimizin yüksəlməsi üçün bundan sonra daha da əzmlə çalışacaqlar. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarı ilə aşağıdakı idman mütəxəssisləri fəxri adlara layiq görülüblər: “Fəxri bədən tərbiyəsi və idman işçisi” İman Qasımi, Cəlal Allahverdiyev, Natalya Qordeyeva, Fazil İsmayılov, Fikrət Həsənov, Söhbətdin Məmmədov, Rəfail Abbasov, Asif Ağayev, Qiyas Həşimov, Rasim Əliyev, Qərib Əliyev, Hidayət Mursaqulov, Ərəbxan Hətəmov, Mətləb Abdullayev, İbrahim Zabitov, Şalı Həsənov, Namiq Əsgərov, Çingiz Orucov, Əhməd Allahverdiyev, Mahir Şirinov, Rövşən Məmmədov, Rüfət Əmirov, Səfər Babayev, Könül Cəfərov “Əməkdar məşqçi” Kamran Qəribov, Kübra Bacarani-Qasımova, Anar Allahverdiyev, Elşən İsmayılov, Tahir Əliyev, Elşad Mürsəlov, İlqar Bacarani, İlqar Əliyev, Əli Ələkbərov, Arif Fərmanov, Səməd Çöpsiyev, Samir Əliyev, İsmayıl Hüseynov, Rauf Vəliyev, Elçin Səfixanov, Qurban Cəbrayılov, Namiq Məhərrəmov, Asif Sayadov, Feyzulla Rəhimbəyov, Vüqar Sultanov, Qalib Şükürov, Seymur Qurbanov, Bahadur Həziyev, Elşən Abdulrəhimov, Zaur Rəcəbli, Rəhim Namazov, Vüqar Ələkbərov, Qırxlar Bədəlov, Boris Muşailov, Ramin Allahverdiyev, Bəxtiyar Zeynalov, Anar Nağdıyev, Tofiq Şükürov, Əsgərxan Novruzov, Əjdər Cəfərov. “Əməkdar idman ustası” Şahin Mahmudov. Elman Mirzəyev. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Kollegiyasının 15 noyabr 2011-ci il tarixli qərarı ilə isə aşağıdakı şəxslərə fəxri adlar verilib: “Əməkdar məşqçi” Rauf Aydınov, Barat İsrafilov, Məmməd Məmmədov, Teyyub Əzizov, Hikmət Abdullayev, Vüqar Əliyev, Mübariz Əliyev, İlham Əlimzanov, Şəhriyar Əsgərov, Rasim Ağayev. “Respublika dərəcəli hakim” Fəridə Əliyeva, Əli Səfərov, Elnur Hacıyev, Əli Kərimov, Arzu Acalova, Ağalar Muxtarov, Emil Əliyev. “Əməkdar idman ustası” Fərhad Acalov, Fərid Mayılov, Elçin Əlizadə. |
|
Xəbər 5230 dəfə oxundu. |
|
|