Almaniya millisi itki ilə üzləşdi
Almaniya millisi Avro-2016-nın seçmə mərhələsində Polşa ilə keçiriləcək oyuna itki ilə çıxacaq.

Komandanın yarımmüdafiəçisi Yulian Draksler bu mühüm qarşılaşmanı buraxmalı olacaq. Almaniya mətbuatı futbolçunun qrip virusuna yoluxduğunu yazıb.

Qeyd edək ki, Almaniya oktyabrın 11-də Polşa ilə qarşılaşacaq.

Xəbər 938 dəfə oxundu.