Teymur Rəcəbovdan növbəyi heç-heçə
Bakıda təşkil olunan FIDE qran-pri turnirində bu gün 4-cü turun oyunları baş tutub. İdman.com.az saytı xəbər verir ki, saat 15:00-da start götürən matçlarda Teymur Rəcəbov qara fiqurlarla rusiyalı Dmitri Andreykinlə görüşüb.

Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar. Şahmatçımızın hesabında 2 xal var.

Bu yarışa yaxşı başlamayan Şəhriyar Məmmədyarov uğursuzluq zolağından çıxa bilmir. Qara fiqurlarla italiyalıı Fabiano Karuana ilə qarşılaşan “Şah” 34-cü gedişdə təslim olub. 4 partiyadan sonra təmsilçimizin aktivində 1 xala var və o autsayderlər qrupunda yer alıb.

Xəbər 835 dəfə oxundu.