Şahmatçılarımız heç-heçə ediblər
Bakıda keçirilən FIDE qran-pri turnirində bu gün 3-cü turun oyunları keçirilib. İdman.com.saytı xəbər verir ki, saat 15:00-da start götürən matçlarda Teymur Rəcəbov rusiyalı Pyotr Svidlerlə qarşılaşıb. Qrossmeysterlər 31-ci gedişdə xalı yarıya bölüblər. Təmsilçimizin aktivində 1,5 xal var.

Şəhriyar Məmmədyarov hesabında 0 xal olan Dmitri Andreykinlə görüşüb. Mittelşpildə həmyerlimiz mərkəzdə nisbi üstünlüyə yiyələnsə də, təşəbbüsü qələbəyə çevirə bilməyib və oyun heç-heçə bitib. 3 partiyadan sonra “Şah” 1 xala malikdir.

Xəbər 932 dəfə oxundu.