Neymar yenə zədələndi | |
"Barselona" klubunun hücumçusu Neymar yenidən zədələnib. Braziliyalı futbolçu La Liqanın son turunda "Levante" ilə görüşdə zədələnərək, sıradan çıxıb. Topuğundan zədə alan futbolçu matçın 51-ci dəqiqəsində əvəzlənib. "Neymarın topuğunda kiçik burxulma var. Ancaq hələ müayinə olmayıb. Onu əvəzlədim və ümid edirəm ki, zədəsi cidi deyil" - deyə "Barselona"nın baş məşqçisi Luis Enrike bildirib. Qeyd edək ki, "Barselona" "Levante" ilə səfər matçında 5:0 hesabı ilə qələbə qazanıb. |
|
Xəbər 829 dəfə oxundu. |
|
|