"Atletiko"nun hücumçusunun burnu qırıldı | |
[18.09.2014] Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Olimpiakos"a 2:3 hesabıyla uduzan "Atletiko" (Madrid) klubu ciddi itki ilə üzləşib. Komandanın hücumçusu Mario Mandzukiç burnundan zədələnib. Xorvatiyalı futbolçunun burnunda qırıq olduğu aşkarlanıb. Əməliyyat olunan Mandzukiçin ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Qeyd edək ki, Xorvatiya millisinin üzvünün müalicədən sonra oyunlara xüsusi maska ilə çıxacağı iddia olunur. |
|
Xəbər 830 dəfə oxundu. |
|
|