“Məni ən çox üzən...” – Prandelli
[17.09.2014]
“Qalatasaray” klubunun baş məşqçisi Çezare Prandelli ÇL-ın qrup mərhələsində “Anderlext”lə oyundan (1:1) sonra qarşılaşma haqda fikirlərini bildirib. “NTV Spor”a danışan italiyalı mütəxəssis çətin qarşılaşma olduğunu deyib:
“Sona qədər nəticə qazanacağımıza inanırdıq. Gənc bir komandaya qarşı oynadıq. Ən yaxşı oynadığımız məqamda qapımızda qol gördük. Ancaq son dəqiqələrdə hesabı bərabərləşdirə bildik. Paltardəyişmə otağında futbolçularımı təbrik etdim. Mənə ən çox təsir edən futbolçularımın azarkeşlər tərəfindən fitə basılması oldu. Axı Səlcuk, Burak və Veysəl çox çalışdı, çox qaçdı”.
Prandelli “qrupdakı şanslarınızı necə görürsünüz” sualını da cavablandırıb: “Təbii ki, güclü komandalardan ibarət bir qrupda mübarizə aparırıq. Biz taktiki səhvlərimizi düzəldib, mübarizə aparsaq, şansımız var”.

Xəbər 878 dəfə oxundu.