"Milan"ın iki futbolçusu sıradan çıxdı
İtaliya Seriyasının II turunda "Parma"ya 5:4 hesabı ilə qalib gələn "Milan" klubu ciddi itki ilə üzləşib.

Milan təmsilçisinin iki futbolçusu - qapıçı Dieqo Lopes və müdafiəçi Aleks zədələnərək sıradan çıxıb.

Hər iki futbolçunun zədəsinin ciddi olduğu bildirilir. Lakin oyunçuların hansı müddətə sıradan çıxdığına tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, D.Lopes oyunu sonadək davam etdirsə də, Aleks matçın 62-ci dəqiqəsində əvəzlənib.

Xəbər 890 dəfə oxundu.