Luka di Montedzemolo Ferrari-ni tərk edir...
Ferrari şirkətinin prezidenti luka di Montedzemolo bir neçə gün əvvəl, İtaliya Qran Prisi günlərində mətbuatda gəzən şayiələri təkzib etsə də, bu gün istefa verməsini elan edib. Montedzemolo bu addımı Fiat Chrysler Automobiles (FCA) konserninin beynəlxalq birjaya çıxması ilə əlaqələndirib...

Luka di Montedzemolo: "Ferrari şirkəti FCA konserninin Uoll Stritdə səhmlərin satışa çıxmasında vacib rol oynayacaq. Şirkətin həyatında yeni era başlayır və bütün qurumlara konsernin icraçı direktoru başçılıq edəcək.

Bizim era başa çatdı, mən qərara gəldim ki, 70-ci illərdə Entso Ferrari ilə bərabər keçirdiyim illərdən sonra şirkətə rəhbərlik etdiyim gözəl 23 illik mövsümə son qoyum.

Hər şeydən əvvəl, bizim bazalarda, ofislərdə, traslarda və dünyanın hər bir yerindəki bazarlarda çalışan kişi və qadınlara minnətdarlıq etmək istəyirəm. Onlar bizim şirkətin inkişafının, bizim unudulmaz qələbələrimizin real arxitektorları olublar - onların sayəsində bizim brend dünyanın ən tanına brendinə çevrilib.

Mən texniki və kommersiya tərəfdaşlarımıza da minnətdarlıq etmək istəyirəm, bizim bütün dünyanın bürüyən diler-müştərilərimə də təşəkkür edirəm. Mən daim bizi dəstəkləyən azarkeşlərimizə də borcluyam - xüsusən də, Skuderiyanın ən çətin günlərində siz bizi atmadınız.

Ferrari - dünyanın ən yaxşı şirkətidir. Onun lideri olmaq isə böyük üstünlükdür, bütün bu illər ərzində mən öz təşəbbüsümü, qüvvəmi işimə sərf etmişəm. Ailəmlə birlikdə Ferrari mənim həyatımın əsas bəndi olub. Mən bütün səhmdarlara, xüsusən də, həmişə məni dəstəkləyən Pyero Ferrariyə şirkətin gələcək işlərində uğurlar arzulayıram..."

Xəbər 833 dəfə oxundu.