"Qarabağ"ın rəqibləri müəyyənləşir (YENİLƏNİR) | |
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq. Fransanın Monako şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Püşk zamanı 48 komanda hərəsində 4 klub olmaqla 12 qrupa bölünəcək. Burada ölkəmiz yalnız "Qarabağ" klubu ilə təmsil olunur. Ağdam təmsilçisi dünən Hollandiyada "Tvente" ilə 1:1 bərabərə qalmaqla tarixində ilk dəfə olaraq Avroliqanın qrup mərhələsində oynamaq hüququ qazanıb. Son Azərbaycan çempionu dördüncü səbətdə yer alıb. Bu isə o deməkdir ki, digər üç səbətdə qərarlaşan istənilən komanda Ağdam klubuna rəqib ola bilər. Qeyd edək ki, qrup mərhələsinin oyun cədvəli püşkdən bir saat sonra müəyyənləşəcək. Bu mərhələnin oyunları 18 sentyabr, 2-23 oktyabr, 6-27 noyabr və 11 dekabr tarixlərində keçiriləcək. I səbət: "Sevilya" (İspaniya) "İnter" (İtaliya) "Tottenhem" (İngiltərə) PSV (Hollandiya) "Napoli" (İtaliya) "Dinamo" (Kiyev, Ukrayna) "Vilyareal" (İspaniya) "Fiorentina" (İtaliya) "Zalsburq" (Avstriya) "Metalist" (Ukrayna) "Lill" (Fransa) "Kopenhagen" (Danimarka) II səbət: "Styaua" (Rumıniya) "Standard" (Belçika) PAOK (Yunanıstan) "Seltik" (Şotlandiya) "Beşiktaş" (Türkiyə) "Volfsburq" (Almaniya) "Brügge" (Belçika) "Dnepr" (Ukrayna) "Trabzonspor" (Türkiyə) "Panatinaykos" (Yunanıstan) "Sparta" (Çexiya) "Borussiya" (Münhenqladbax, Almaniya) III səbət: "Everton" (İngiltərə) "Yanq Boys" (İsveçrə) "Dinamo" (Zaqreb, Xorvatiya) "Sürix" (İsveçrə) "Eştoril" (Portuqaliya) "Legiya" (Polşa) "Partizan" (Serbiya) "Torino" (İtaliya) "Feyenoord" (Hollandiya) "Sent-Etyen" (Fransa) "Qenqam" (Fransa) "Rio Ave" (Portuqaliya) IV səbət: "Dinamo" (Moskva, Rusiya) "Krasnodar" (Rusiya) "Rijeka" (Xorvatiya) "Lokeren" (Belçika) "Asteras Tripolis" (Yunanıstan) "Slovan" (Slovakiya) "Apollon" (Kipr) "Qarabağ" (Azərbaycan) "Helsinki" (Finlandiya) "Astra" (Rumıniya) "Dinamo" (Minsk, Belarus) "Olborq" (Danimarka) |
|
Xəbər 917 dəfə oxundu. |
|
|