Millimizdən növbəti qələbə | |
Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoldaşlıq oyunu keçirib. İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, "SV Kapfenberg " (Avstriya) klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızın hər iki qolunu Fərid Nəbiyev vurub. Xatırladaq ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Avstriyanın "Simmering" klubunun U-16 komandasını 7:0 hesabı ilə məğlub edib. |
|
Xəbər 804 dəfə oxundu. |
|
|