Neymar sağalan kimi də zədələndi | |
"Barselona"nın futbolçusu Neymar yenidən zədələnib. Braziliyalı oyunçunun avqustun 20-i keçirilən məşqdə ayağının burxulduğu açıqlanıb. Onun nə zaman yaşıl meydanlara qayıdacağı barədə məlumat verilməyib. Qeyd edək ki, Braziliya millisinin şərəfini qoruyan Neymar DÇ-2014-ün 1/4 finalında Kolumbiya ilə matçda da zədələnmişdi. Onurğa sümüyü sınan gənc hücumçunun zədəsini yeni sağalmışdı. |
|
Xəbər 794 dəfə oxundu. |
|
|