Cüdoçular ilin son yarışında | |
Azərbaycan cüdoçuları Yaponiyada keçirilən “Böyük dəbilqə” turnrində iştirak ediblər. Komandamızın üzvlərindən ən yaxşı nəticəyə İlqar Müşkiyev (60 kq ) və Kifayət Qasımova (57 kq) nail olublar. Onlar dörddəbir finalda məğlub olmaqla, çıxışlarını başa vurublar. Bu nəticə cüdoçularımıza 60 reytniq xalı qazanmaq imkanı verib. Aydındır ki, Yaponiyada - cüdonun vətənində çıxış etmək həmişə çətindir. Son yarışda bu çətinliyi daha çox hiss edənlərdən biri də Kifayət olub. O, dünyanın ən güclü cüdoçusu Kaori Matsumotoya məğlub olub. Elxan Rəcəbli (81 kq) sentyabrda Parisdə keçirilmiş dünya çempionatında Takaxiro Nakaiyə qalib gəlmişdi. Amma bu dəfə tatami sahibinin öhdəsindən gələ bilməyib. Komandamızın üzvlərindən bir neçəsi Londona vəsiqəni demək olar ki, təmin ediblər. Amma buna yaxın olanlarla məşqçilər daha ciddi işləməli, zəif məqamları aradan qaldırmaq üçün tədbirlər görməlidirlər. |
|
Xəbər 1073 dəfə oxundu. |
|
|