AİBA BBC-nin Azərbaycana böhtan atdığını bəyan edib | |
Beynəlxalq Həvəskar Boks Assosiyasiyası (AİBA) Azərbaycanın London Olimpiadasında qızıl medal əldə etmək üçün rüşvət verməsi ittihamlarını əsassız sayıb. Bu barədə Associated press agentliyi xəbər yayıb. Xatırladaq ki, BBC televiziyası sentyabrda efirə verdiyi süjetdə 2012-ci ilin Olimpiya Oyunlarında qızıl medala sahib olmaq üçün Azərbaycanın AİBA-ya 9 milyon dollar rüşvət verməsi ittahımını irəli sürmüşdü. Beynəlxalq Federasiya bununla bağlı, 5 nəfərdən ibarət xüsusi təhqiqat qrupu yaratmışdı. Araşdırmalar nəticəsində məlum olub ki, səslənən ittihamların heç bir əsası yoxdur və bütün bunlar sübuta yetirilməmişdir. AİBA fərdi sahibkar Həmid Həmidovun WSB liqasının Amerika zonasına investisiya qoymasını müəyyənləşdirmişdir. Bu isə qanunla qadağan olunmur. |
|
Xəbər 1075 dəfə oxundu. |
|
|