Samir Nəsri millidəki karyerasını başa vurdu | |
"Arsenal"ın futbolçusu Samir Nəsri Fransa millisindəki karyerasını başa vurub. Bu barədə oyunçunun özü açıqlamasında deyib: "Didye Deşam Fransa millisini çalışdırdığı müddətdə yığmaya çağrılmaq şansım az idi. Fransa millisində özümü xoşbəxt hiss etmirəm. Hər dəfə problemlərlə üzləşirəm və buna ailəm də pis olur. Bu səbəbdən millidəki karyeramı başa vururam". Qeyd edək ki, 2007-2014-cü illərdə Fransa yığmasının şərəfini qoruyan 27 yaşlı futbolçu keçirdiyi 41 oyunda 5 qola imza atıb. |
|
Xəbər 843 dəfə oxundu. |
|
|