AFFA "Bakılı" klubunun I divizionda iştirakına icazə verdi | |
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. İdman.com.az-ın qrumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda “Bakılı ” klubu (klubun Azərbaycan I Divizionunda çıxış etmək hüququndan məhrum edilməsi barədə) tərəfindən daxil olmuş müraciətə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub: “Bakılı” FK barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar dəyişdirilsin. Klubun I Divizionda iştirakı təmin olunsun. “Bakılı” FK növbəti dəfə üzürsüz səbəbdən rəsmi oyunlarda iştirak etmədiyi təqdirdə I Divizionda çıxış etmək hüququndan məhrum edilsin. |
|
Xəbər 994 dəfə oxundu. |
|
|