Yeniyetmə sərbəst güləşçilər Olimpiadaya hazırlığı davam etdirir | |
Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komanda Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir. 25-27 avqust 2014-cü il tarixdə Çin Xalq Respublikasının Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlaşan sərbəst güləşçilərimiz son təlim-məşq toplanışına başlayıb. Avqustun 11-dəl davam edəcək TMT-da böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında 6 güləşçi iştirak edir. Məlumat üçün bildirək ki, yeniyetmələrin Olimpiya Oyunlarında sərbəst güləşi yarışlarında ölkəmizi Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq) təmsil edəcək. Xatırladaq ki, yeniyetmə yunan-Roma güləşçilərimiz Olimpiya Oyunlarına Xaşmaz Olimpiya İdman Kompleksində hazırlaşır və yarışlarda ölkəmizi Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil edəcək. |
|
Xəbər 914 dəfə oxundu. |
|
|