Ronaldinyo: "Karyeramı bitirməyi düşünmürəm" | |
"Atletiko Mineyro" klubundan ayrılan Ronaldinyo gələcək karyerası haqda danışıb. 34 yaşlı futbolçu karyerasını başa vurmaq haqda düşünmədiyini bildirib: "Hələ ki, karyeramı bitirmək haqda düşünmürəm. Hazırda menecerim klublarla danışıqları davam etdirir. Növbəti həftədən gələcək karyeram haqda düşünəcəm. Telefonlarıma gələn zənglərin ardı-arası kəsilmir. Ancaq bir qədər istirahət etmək istəyirəm". |
|
Xəbər 886 dəfə oxundu. |
|
|