Azərbaycan ağırlıqqaldıranı Londonda birinci oldu

Londonda Yay Olimpiya Oyunları öncəsi ağır atletika üzrə test turniri keçirilir. Atletlər Olimpiadanın ağırlıqqaldırma yarışlarının keçiriləcəyi zalda qüvvələrini sınayırlar.

Dekabrın 8-də start götürmüş yarışlara dünən Azərbaycan idmançısı İntiqam Zairov (94 kq) qoşulub. Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərovun verdiyi məlumata görə, idmançımız birdən qaldırnada 171 kq, təkanla isə 206 kq çəkini ram edərək ümumu nəticədə 377 kq-la turnirin qalibi olub.

Digər idmançımız Yuliya Dovqal (+75 kq) isə bu gün yarışacaq.
Qeyd edək ki, XXX Yay Olimpiya Oyunlarına 5 kişi ağırlıqqaldıranımız vəsiqə qazanıb. Lakin olimpiadanın təşkilat komitəsi test-turnirini yalnız yuxarı çəki dərəcələri üzrə keçirməyə qərar verib.

Xəbər 1425 dəfə oxundu.