Daha bir klubun legionerləri Ukraynaya qayıtmaqdan imtina etdi | |
"Şaxtyor" (Donetsk) klubundan sonra daha bir komandanın legionerləri Ukrayana qayıtmaqdan imtina edib. "Metallist" klubunun argentinalı futbolçuları adı çəkilən ölkəyə dönməyiblər. Həmin futbolçular Xose Sosa, Conatan Kristaldo və Alexandro Qomesdir. Onların Ukraynada münaqişəli vəziyyətin və gərginliyin davam etməsi səbəbindən komandalarının düşərgələrinə qayıtmadıqları bildirilir. Qeyd edək ki, daha öncə Sebastyan Blanko Ukraynaya dönməkdən imtina etmişdi. |
|
Xəbər 918 dəfə oxundu. |
|
|