Baku Fires – Leipzig Leopards | |
Dekabrın 10-da saat 19:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turun matçında Azərbaycanın Baku Fires və Almaniyanın Leipzig Leopards komandaları qarşılaşacaq. Klublar hərəyə 9 xal toplayıb və “B” qrupunda ilk iki pilləni tuturlar. Komandaların heyətləri artıq məlumdur: Baku Fires – Leipzig Leopards 54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Edqar Valt (Almaniya) 61 kq. Semyon Qrivaçyov (Azərbaycan) – Eugen Burxard (Almaniya) 73 kq. Nikolay Veselov (Belarus) – Denis Radovan (Almaniya) 85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Kennet İqan (İrlandiya) +91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Kornelius Şıxan (İrlandiya) Qeyd edək ki, bu matçda Nikolay Veselov Baku Fires-ın heyətində birinci döyüşünü keçirəcək. Avro-2010-un bürünc mükafatçısının rəqibi gənclər arasında dünya çempionatının medalçısı Denis Radovan olacaq. Digər 4 boksçumuz artıq hərəyə bir döyüş keçiriblər və qələbə qazanıblar. Leipzig Leopards-ın heyətində ən tanınmış boksçu Kennet İqandır. İrlandiyalı Pekin Olimpiadasında gümüş medal qazanıb. Turnir cədvəli: 1. Leipzig Leopards – 9 xal, döyüşlərin fərqi - 13-2 2. Baku Fires – 9, 11-4 3. Mexico City Guerreros – 4, 7-7 4. Paris United – 4, 5-9 5. Beijing Dragons – 3, 3-12 6. Istanbul Bosphorus – 2, 5-10 Bu həftə “B” qrupunda daha bir matç baş tutacaq: Mexico City Guerreros - Istanbul Bosphorus. Paris United - Beijing Dragons görüşü təxirə salınıb və yanvarın 31-də keçiriləcək. |
|
Xəbər 1142 dəfə oxundu. |
|
|