"İnter" İsveçdə ilk məşqinə çıxdı
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində İsveçdə "Elfsborq"un qonağı olacaq "İnter" klubu ötən gün matçın keçiriləcəyi Boras şəhərində ilk məşqinə çıxıb.

Komanda "Boras Arena" stadionunun ikinci meydançasında məşq edib.

Bu gün "İnter" isə "Boras Arena"nın əsas meydançasında oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, "Elfsborq" - "İnter" oyunu sabah, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 968 dəfə oxundu.