"Yuventus"un baş məşqçisi istefa verdi | |
"Yuventus" klubunun baş məşqçisi Antonio Konte tutduğu vəzifədən istefa verib. 44 yaşlı mütəxəssis klubla qarşılıqlı razılıq əsasında müqaviləsini ləğv edib. Rəhbərliklə transfer məsələlərində razılığa gələ bilməyən Kontenin bu səbəbdən komandadan ayrıldığı bildirilir. Son üç mövsüm "Yuventus"u İtaliya A Seriyasının çempionu edən təcrübəli mütəxəssisin komandası ilə 2015-ci ilə qədər müqaviləsi var idi. İtaliya mətbuatında yer alan xəbəbə görə, rəhbərlik baş məşqçi vəzifəsinə Roberto Mançini və ya Massimiliano Alleqrini gətirməyi düşünür. Kontenin isə İtaliya milli komandasını çalışdıracağı iddia olunur. |
|
Xəbər 917 dəfə oxundu. |
|
|