Məsut Özil tarixə düşdü
Almaniya millisinin futbolçusu Məsut Özil ilkə imza atıb.

Təcrübəli futbolçu dünən "DÇ-2014"ün finalında Argentina ilə matçda əsas heyətdə yer alıb.

Bununla da o, dünya çempionatları finalında oynayan ilk türk əsilli futbolçu olub.

Qeyd edək ki, M.Özilin mundialdakı oyunu Almaniya mətbuatı tərəfindən tənqid olunmasına baxmayaraq, komandanın baş məşqçisi Yoahim Löv ona finalda da şans verib.

Xəbər 816 dəfə oxundu.