Trek velosipedçilərimiz daha iki dəfə fəxri kürsüdə | |
Avropada çıxışlarını davam etdirən velosiped idmanının trek növü üzrə Azərbaycan yığma komandası iyulun 12-də Fransada növbəti yarışda - “Fenioux Trophy Piste” kubokunda iştirak edib. Velosipedçilərimizin çıxışı bu dəfə daha uğurlu olub. Yığma komandamızın üzvü Olqa İsmayılova 500 metr məsafəyə sprint yarışlarında turniri 2-ci, 200 metr məsafəyə sprint yarışlarında isə 4-cü pillədə başa vurub. Qeyd edək ki, xanım idmançımız 1 gün öncə daha 1 gümüş medal qazanmış və və bununla da reytinqinə 72 xal əlavə etmişdi. Bu dəfə digər velosipedçimiz Yelena Pavluxina da fəxri kürsüyə qalxmağı bacarıb. O 10.000 metr məsafəyə skretçdə mübarizə aparıb və yekunda 3-cü nəticə göstərib. Kişilər arasında sprint yarışlarında yığma komandamızın üzvü Sergey Omelçenko 19 nəfər arasında 8-ci, Maksim Buşmin isə 14-cü yer tutub. |
|
Xəbər 868 dəfə oxundu. |
|
|