Keylor Navas “Bavariya”da! | |
Kosta-Rika millisinin qapıçısı, DÇ-2014-ün qəhrəmanlarından olan Keylor Navas futbolçu karyerasını “Bavariya”da davam etdirəcək. Bu haqda “Teletica Deportes” nəşri məlumat yayıb. Bildirilib ki, Münhen klubu gənc qapıçı üçün onun klubu İspaniya “Levante”sinə on milyon avro təzminat ödəyəcək. Məlumatda deyilir ki, Navas özü bu transferdən iki milyon avro gəlir götürəcək. Kosta-rikalı qapıçının “Bavariya”ya keçməsi xəbərini “Levante”nin vitse-prezidenti Tomas Peres təsdiq edib. “Navas Avropanın ən yaxşı klublarından birinə keçir. Əminəm ki, “Bavariya” onun xoşuna gələcək və Manuel Noyerlə rəqabət apara biləcək. Biz ona görə sevinirik. O son bir ildə əla oynayıb. Buna görə də “Bavariya” kimi komandada çıxış etməyə layiqdir” – deyə T.Peres bildirib. K.Navasla rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir. |
|
Xəbər 908 dəfə oxundu. |
|
|