“Simurq” Makedoniya klubu ilə heç-heçə etdi | |
Sloveniyada təlim-məşq toplanışında olan "Simurq" klubu ikinci yoxlama matçında qüvvəsini sınayıb. Zaqatala təmsilçisi Makedoniyanın "Vardar"klubu ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 20:00-da başlayan oyun 2:2 hesablı bərabərliklə başa çatıb. Qeyd edək ki, Georgi Çixradzenin komandası buna qədər Sloveniyanın “Alumıniy” klubu ilə qüvvəsini sınayıb və 1:0 hesabı ilə qalib gəlib. 9 iyul Yoxlama oyunu “Simurq” – “Vardar” – 2:2 |
|
Xəbər 779 dəfə oxundu. |
|
|