Alman futbolçu Braziliya xalqından üzr istədi | |
Almaniya millisinin futbolçusu Bastian Şvaynştayqer "DÇ-2014"ün 1/4 finalında Braziliyaya 7:1 hesabı qalib gəldikləri oyundan sonra fikirlərini bildirib. Təcrübəli futbolçu rəqib qapısına yeddi qol vurduqları üçün Braziliya xalqından üzr istəyib: "Belə hesabla qalib gələcəyimizi biz də bilmirdik. Rəqibə hörmət etmək istəyirdik, ancaq yenə də qapıya endirdiyimiz zərbələr qol olurdu. Braziliya xalqından üzr istəyirəm. Bu dünya kuboku bizim üçün bir yuxu kimidir". |
|
Xəbər 835 dəfə oxundu. |
|
|