"Argentina finala çıxsa, Braziliyanı məğlub edəcək"
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone "DÇ-2014"ün yarımfinal cütlükləri haqda maraqlı fikirlər səsləndirib.

"Goal.com"a danışan argentinalı mütəxəssis yığmasının finala yüksələcəyi təqdirdə Braziliyaya qalib gələcəyini iddia edib:

"Braziliya millisi üçün ən dəhşətlisi finala yüksəlib, həlledici görüşdə Argentina ilə qarşılaşmaq olar. Bu, bütün ehtimallardan ən pisidir. Əgər finalda bu iki komanda qarşılaşsa, stadiona 40 min argentinalı azarkeş gələ bilər. Lakin bunun üçün Braziliya Almaniyanı, Argentina isə Hollandiyanı məğlub etməlidir. Hər iki komandanın oyun üslubu təxminən eynidir. Əgər Argentina finala yüksələrsə, Braziliyanı məğlub edəcək".

Xəbər 804 dəfə oxundu.