“Fənərbaxça”nın futbolçusu “Roma”da
“Fənərbaxça”nın futbolçusu Salih Uçan “Roma” ilə sözləşməyə imza atmaq üçün İtaliyaya yollanıb.

Hava limanında jurnalistlərin suallarını cavablandıran Türkiyə millisinin gənc oyunçusu “Roma” ilə tam razılığa gəldiyini və yeni klubu ilə müqavilə imzalayacağını deyib:

“Klublar ortaq məxrəcə gəliblər. Mən isə tibbi baxışdan keçməyə gedirəm. Müqaviləyə qol çəkib geri dönəcəm. Müqavilə müddəti iki illik nəzərdə tutulub.

Xəbər 874 dəfə oxundu.