Rusiya millisinə mükafat verilməyəcək | |
Rusiya Futbol Federasiyası millinin futbolçularına və məşqçi heyətinə DÇ-2014-də iştirak etdikləri üçün pul mükafatı verməyəcək. Bu barədə qurumun prezidenti Nikolay Tolstıx keçirdiyi mətbuat konfransında bildirib: "Nə futbolçular, nə də məşqçi heyətinə dünya çempionatına getdikləri üçün pul mükafatı verəcəyik. Bu, yığmada çalışan digər işçilərə aid deyil". O, komandanın baş məşqçisi Fabio Kapello ilə əməkdaşlığa davam edib-etməyəcəkləri ilə bağlı sualı isə belə cavablandırıb: "Müqavilədə bu sənədu ləğv etmək barədə müddə var. Ancaq hazırda bizi komandanın dünya çempionatında uğursuz çıxışının səbəbləri düşündürür. Məşqçi heyətinin bununla bağlı təqdim edəcəyi hesabatı gözləyirik". Qeyd edək ki, DÇ-2014-də H qrupunda mübarizə aparan Rusiya millisi qrupu üçüncü pillədə tamamlayıb və növbəti mərhələyə yüksələ bilməyib. |
|
Xəbər 921 dəfə oxundu. |
|
|