“İnter” futbol komandası Avropa Liqasına qələbə ilə başladı
İyulun 3-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Azərbaycanı bu turnirdə təmsil edən paytaxtın “İnter” komandası ilk oyununa çıxmışdır.
“İnter” komandası Moldovada yerli “Tiraspol” kollektivi ilə qarşılaşmışdır. “Şerif” stadionunda təşkil olunmuş oyunda “İnter” komandası 3:2 hesabı ilə qalib gəlmişdir.

Xorvatiyalı baş hakim Ante Vuçemiloviçin idarə etdiyi oyunda “İnter”in heyətində Baçana Sxadadze, Elvin Məmmədov və Andrey Novikov, rəqib komandadan isə Georgi Karaneyçev fərqlənmişlər. “İnter”in futbolçusu Andrey Novikov oyunda avtoqolla da yadda qalmışdır.

Komandalar arasında cavab oyunu iyulun 10-da Bakıda, “Şəfa” stadionunda keçiriləcəkdir.


Xəbər 877 dəfə oxundu.