Di Mariya Realı tərk edir
Madrid Realının futbolçusu Anxel Di Mariya Realı tərk etmək qərarına gəlib. Yarımmüdafiəçinin fikrincə onu , kral klubunda layiqincə qiymətləndirmirlər. Di Mariya ötən yay Madriddən getmək istəyirdi. Lakin Ançelottinin israrı onu komandada saxlamışdı.

Real da Di Mariyanı saxlamaq fikrində deyil. 50 milyon avro ödəyə biləcək istənilən klub futbolçunu ala bilər. Hazırda argentinalıyla Mançester klubları, Monako, PSG və Yuventus maraqlanır.
Əlavə edək ki, Madrid Realı da Hames Rodrigesi heyətinə qatmaq istəyir. Di Mariyanın satışından əldə olunacaq pul məhz kolumbiyalının transferinə sərf ediləcək

Xəbər 811 dəfə oxundu.