Vilmots: "Qırmızı vərəqə planlarımızı pozdu" | |
Belçika millisinin baş məşqçisi Mark Vilmots "DÇ-2014"də qalib gəldikləri Cənubi Koreya ilə oyun haqda fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında görüşün 45-ci dəqiqəsində göstərilən qırmızı vərəqənin komandanın oyun planını pozduğunu bildirib: "Qırmızı vərəqə komandanın oyun planını pozdu. Ancaq fasilədə komandanı toparlaya bildim. Cənubi Koreyanın ikinci hissədə daha çox hücum edəcəyini bilirdim. Lakin biz səbirli oynadıq və istəyimizə nail olduq. Bəzi futbolçuları 1/8 final üçün qorumaq istədim. Bu səbəbdən heyətdə müəyyən dəyişiklik etmişdim. İndi komandada hər kəs ABŞ-la oyuna köklənib". Qeyd edək ki, son oyunda Cənubi Koreyaya 1:0 hesabı ilə qalib gələn Belçika yığması 1/8 finalda oynamaq hüququ qazanıb. Komanda bu mərhələdə ABŞ millisi ilə üz-üzə gələcək. |
|
Xəbər 901 dəfə oxundu. |
|
|