Skolari: "Neymar Braziliyanın Messisidir" | |
"Daha çətin qələbə qazanacağımızı düşünürdük. Ancaq Kamerunla matçda dörd qol vurduq. Bu rəqəm səkkiz ola bilərdi. Komandam daha yaxşı oyun nümayiş etdirdi. Müdafiədə səhvsiz oynadıq. Futbolçularımdan razıyam. Düzdür, bəzən qeyri-stabil çıxış etdik. Ancaq bu, futbolda normaldır". Bu sözləri Braziliya millisinin baş məşqçisi Felipe Skolari Kameruna qalib (4:1) gəldikləri oyundan sonra deyib. O, görüşdə iki qol vuran futbolçusu Neymar haqda müsbət fikirlər səsləndirib: "Argentina Messidən asılı olduğu kimi, biz də Neymardan asılıyıq. Bir sözlə, Neymar da Braziliyanın Messisidir". 1/8 finalda Çili ilə düşmələrini də dəyərləndirən təcrübəli mütəxəssis bildirib: "Seçim haqqım olsaydı, Hollandiyanı seçərdim. Rəqib Cənubi Amerika təmsilçisi olduğu üçün Çili ilə matç bizə daha çətin gəlir. Onların aldadıcı oyun üslubları var. Çox yaxşı komandadır" |
|
Xəbər 801 dəfə oxundu. |
|
|