Messi haqda sensasiyalı iddia | |
Argentina millisinin hücumçusu Lionel Messi haqda yeni sensasiyalı iddia ortaya atılıb. Argentinanın bəzi KİV-ləri millinin əsas heyətinin baş məşqçi deyil, Messi tərəfindən müəyyənləşdirildiyini yazıb. Amma bu iddialar təsdiq olunmayıb. Millinin futbolçusu Xavyer Maskerano bildirib ki, əsas heyətdə kimin oynayıb-oynamayacağı ilə bağlı qərarı komandanın baş məşqçisi Alexandro Sabelya verir: "Messini çox yaxşı tanıyıram. O, komanda yoldaşları arasında heç vaxt seçim etməz. Komandada əsas heyətlə bağlı qərarı baş məşqçimiz verir. Son matçda 4-3-3 taktikası ilə oynamağımızı istəyən də Messi yox, Sabelya idi”. |
|
Xəbər 910 dəfə oxundu. |
|
|