Rusiya və Xorvatiyadan xal silinə bilər | |
Rusiya və Xorvatiya yığması azarkeşlərinin davranışına görə FİFA tərəfindən cəzalandırıla bilər. Dünya çempionatı fanatların ardıcıl 2-ci dəfə böyük turnirdə rasist hərəkətlərinə yol verdiyi yarış olub. Bu komandanın azarkeşləri Avro-2012-də də özlərini qaydalardan kənar aparmışdılar.Rusiya seçməsinə Avro-2016-nın seçmə mərhələsində şərti 6 xallıq cəza qoyulmuşdu. Qeyd edək ki, Cənubi Koreya ilə oyunda ruslar "кelt xaçları" – plakatını açmışdılar. Bu da neonasistlərin simvollarından biridir. Xorvatlar isə Braziliya ilə oyunda faşist simvolları nümayiş etdirirdilər. |
|
Xəbər 882 dəfə oxundu. |
|
|