Mourinyo Pepeni tənqid etdi
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinin müdafiəçisi Pepeni İtaliya ilə DÇ-2014-ün matçında kobud hərəkətindən sonra aldığı qırmızı vərəqəyə görə tənqid edib.

O deyib ki, həmin matçda baş verənlərlə barışmaq çətindir.

“Pepe Portuqaliyanın buraxdığı ikinci qolda günahkardır. O, Mats Hummelsdə atletik mübarizədə qalib gəlməliydi. Görünür, bundan sonra əsəbiləşdi. Bəlkə də Pepe meydandan qovulmaya da bilərdi, amma hakimlər bu cür vəziyyətlərdə sərt olurlar. Futbolçu öz komandasını azlıqda qoymamalıdır. Pepenin portuqaliyalı olmaması o demək deyil ki, o, məsuliyyət hissini itirməlidir. Əksinə oyuna böyük məsuliyyətlə çıxmalıydı” – deyə Mourinyo bildirib.

Xaıtladaq ki “Real”da işlədiyi zaman Mourinyonun Pepe ilə münasibətləri yaxşı olmayıb.

Xəbər 938 dəfə oxundu.