Azərbaycan karateçiləri tələbələrin 9-cu dünya çempionatında iştirak edəcəklər | |
Azərbaycan karateçiləri tələbələrin 9-cu dünya çempionatında iştirak edəcəklər. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Monteneqronun Bar şəhərində nüfuzlu yarışa 7 idmançımız yollanıb. Məşqçilər heyəti kumite yarışlarında Əmir Məcidov (-60 kq), Niyazi Əliyev (-67 kq), Vüsal Kamallı (-75 kq), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlıya (+84 kq), kata nümayişində isə Tural Balcanlı və Ədilə Qurbanovanın çıxışına üstünlük verib. Onlar həm də komanda yarışlarına qatılacaqlar. Məşqçilərdən baş məşqçinin köməkçisi Rəşad Hüseynov Montoneqroya gedib. Tələbələrin dünya çempionatında 2006-cı ildə Nyu Yorkda Rəfael Ağayev (-70 kq) və Amal Atayevin (-80 kq) çempionluğu ilə yüksək nəticələr göstərməyə başlayan azərbaycan karateçiləri, elə həmin yarışda və 2012-ci ildə Bratislavada isə komanda yarışlarının bürünc mükafatçısı olublar. Bundan başqa Amal Atayev (-80 kq) 2008-ci ildə Vrostlavda, Ayxan Mamayev (-75 kq) ilə Şahin Atamov 2012-ci ildə Bratislavada, Niyazi Əliyev isə (-67 kq) Budapeştdəki yarışda üçüncü yeri tutublar. Karateçilərimiz ayın 23-də Bakıya dönəcəklər. |
|
Xəbər 1117 dəfə oxundu. |
|
|